13 
May
2022
12:24
79
16
1648
Virtual karabakh

Fyodor Lukyanov: “Nüvə müharibəsi qorxusu özü-özlüyündə azalır” - RUSİYADAN RƏY

13 May, 2022
12:24
1648

Fyodor Lukyanov: “Nüvə müharibəsi qorxusu özü-özlüyündə azalır” - RUSİYADAN RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən əsrin ortalarında formalaşmış nüvə yayındırıcılığı sisteminin iflasa uğraması ilə bağlı getdikcə daha çox danışılır. Xüsusən Moskvanın Ukraynada başlatdığı müharibə fonunda həm Qərbdə, həm də Rusiyada ekspertlər nüvə silahından istifadə imkanlarını açıq şəkildə müzakirə edirlər.

Oxu.Az bununla əlaqədar olaraq RF Xarici və Daxili Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin sədri, “Valday” Beynəlxalq Diskussiya Klubunun elmi işlər üzrə direktoru, “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin tədqiqatçı professoru, “Beynəlxalq İcmal” proqramının müəllifi və aparıcısı Fyodor Lukyanovdan münasibət öyrənib.

Ekspert ilk olaraq nüvə yayındırıcılığı prinsipi sisteminin işlədiyini düşündüyünü deyib.

“Bununla belə, nüvə müharibəsi qorxusu özü-özlüyündə getdikcə zəifləyir. Halbuki, XX əsrin ikinci yarısında dünya şüurunda kök salmışdı”, - deyə o əlavə edib.

Lukyanov eyni zamanda qlobal nüvə münaqişəsinə səbəb olacağı üçün nüvə silahlarından ümumiyyətlə istifadə olunmayacağına inamın da zəiflədiyini vurğulayıb.

“Bu o demək deyil ki, supergüclər arasında yayındırıcılıq amili artıq işləmir. Ancaq yenə də nüvə erasının əvvəlində olduğu kimi, nüvə silahının döyüş meydanında silah kimi istifadə oluna biləcəyi ilə bağlı müzakirələr başlayır”, - deyə müsahib izah edib.

Professor deyilənlər barədə hələlik ancaq “qorxulu nağıllar”ın səsləndiyini qeyd edib.

“Rusiya tərəfi “böyük nüvə yayındırıcılığı” barədə xatırladır ki, bunu da unutmaq olmaz, əks halda fəlakətlə nəticələnə bilər. Qərbdən isə vurğu bir qədər fərqlidir. Onlar deyirlər ki, Rusiya nüvə silahından ABŞ-a qarşı deyil, guya Ukrayna ərazisində hansısa məqsədlərə nail olmaq üçün istifadə edə bilər. Ancaq bu, təmiz spekulyasiyadır, ola bilməz, çünki bu, fərqli, anlaşılmaz bir dövrə qapı açır. Sualınıza bir daha cavab verərək, açıq şəkildə deyəcəyəm: Şükürlər olsun ki, nüvə yayındırıcılığı sistemi işləyir”, - deyə F.Lukyanov sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri