14 
May
2022
13:50
12
178
1800
Virtual karabakh

“Belarus Ukraynaya qarşı təcavüzdə iştirak edib, lakin münaqişə tərəfi deyil” - MİNSKDƏN ŞƏRH

14 May, 2022
13:50
1800

“Belarus Ukraynaya qarşı təcavüzdə iştirak edib, lakin münaqişə tərəfi deyil” - MİNSKDƏN ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“BMT Baş Assambleyasının 14 dekabr 1974-cü il tarixli 3314 saylı qətnaməsi var. Orada “təcavüz” anlayışı aydın şəkildə izah edilir”.

Bu barədə Belarus Strateji Araşdırmalar İnstitutunun analitiki Vadim Mojeyko Oxu.Az-a danışıb.

“Birbaşa bildirilir ki, müharibə elan olunub-olunmamasından asılı olmayaraq, başqa dövlətin ordusuna ərazi ayrılması da təcavüz hesab olunur. Bu və ya digər tərəfin ritorikası nə olursa olsun, “Belarus Ukraynaya qarşı təcavüzdə iştirak edibmi?” sualının cavabı birmənalıdır – “Bəli, iştirak edib!”. Heç kim Rusiya qoşunlarının Ukraynaya hücumunun Belarus ərazisindən olmasını inkar etmədi. Belarus təcavüzə ortaqdır, bu hüquqi faktdır.

Lukaşenkonun sülhməramlı təşəbbüsü və Belarusun danışıqlarda iştirakına gəlincə, bu, onun 2015-ci ildə danışıqlar gedən və Minsk razılaşmalarının imzalanması ilə başa çatan keçmişə, rahat mövqeyinə qayıtmaq cəhdidir. Lukaşenko həmin vaxt siyasi imtiyazlar aldı. Amma eyni zamanda, ATƏT-in son hesabatından da gördüyümüz kimi, Belarus münaqişə tərəfi kimi tanınmır. Burada heç bir ziddiyyət yoxdur. Belarus təcavüzə şərikdir, ərazisini (işğal üçün - red.) təqdim edib, lakin Minskdə müharibənin necə aparılması ilə bağlı heç bir hərbi-siyasi qərarların qəbul edilməməsi səbəbilə münaqişə tərəfi hesab olunmur.

Amma Belarus danışıqlarda iştirak etməyəcək, çünki Lukaşenko ilə danışıqlar aparacaq bir şey yoxdur. Müharibə ilə bağlı heç bir qərar qəbul etmir, onu dayandıra bilməz. Ona görə də, dediyim kimi, qərar qəbul etməyən biri ilə danışmağın nə mənası var?”, - deyə V.Mojeyko qeyd edib.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri