17 
May
2022
11:24
118
10
1434
Virtual karabakh

Yeqor Lebedok: “Rusiyalılar əslində Ukraynanı deyil, özlərini qismən demilitarizasiya etdilər”

17 May, 2022
11:24
1434

Yeqor Lebedok: “Rusiyalılar əslində Ukraynanı deyil, özlərini qismən demilitarizasiya etdilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarus Silahlı Qüvvələrinin Ukrayna ilə sərhəd yaxınlığında keçirilən və mayın 14-də başa çatmalı olan təlimlərinin ən azı mayın 21-dək uzadıldığı barədə məlumat yayılıb.

Bu gün Oxu.Az-a müsahibə verən belaruslu hərbi analitik Yeqor Lebedok Ukraynadakı müharibənin gedişatı və Belarusun bu müharibədə rolu barədə fikirlərini bildirib.

- Son söhbət zamanı siz müharibənin uzun sürəcəyini və illərlə davam edə biləcəyini proqnozlaşdırmışdınız. Siz hələ də bu fikirdəsinizmi?

- Bəli. Üstəlik, zənnimcə, Ukraynanın hərbi-siyasi rəhbərliyi də mənimlə eyni fikirdədir. Hamıya aydın oldu ki, bu müharibə uzunmüddətlidir. Ancaq aktiv döyüşləri müharibə ilə qarışdırmayın. Onlar dayandırıla bilər, atəşkəs də ola bilər. Amma Ukrayna artıq böyük ərazilərini itirib, təkcə Xerson vilayətini qeyd etmək kifayətdir. Hələ iqtisadiyyat, enerji sahələri və ən dəhşətlisi insanları demirəm.

Müdafiənin davamlılıq müddəti, Ukrayna ordusunun göstərdiyi cəsarət - bütün bunlar sadəcə olaraq Qərbə baş verənlərə göz yummağa imkan vermir. Ukrayna tez işğal olunsaydı, o zaman şərti partizan müharibəsi üçün silahlar - ATGM-lər (tank əleyhinə idarə olunan raketlər), “Stingers” (daşınan zenit-raket sistemləri) tədarük ediləcəkdi. Ancaq ukraynalılar uzun müddət, aktiv və məntiqli şəkildə dayanırlar, o zaman Qərb reaksiya verməlidir və biz artıq ciddi silahların tədarükünü görürük.

Bundan əlavə, aydındır ki, ruslar Ukraynaya əlavə qüvvələr göndərməli olacaqlar. Və bu uzun müddət davam edə bilər. Rusiyanın iddiaları çox böyük idi, amma onun əldə etmək istədiyi artıq mümkün deyil, onlar əslində Ukraynanı deyil, özlərini qismən demilitarizasiya etdilər. Ukraynalılar isə öz dövlətlərinin ərazisini təslim etmək fikrində deyillər. Heç bir ölkənin siyasi rəhbərliyi və xalqı bununla razılaşmaz.

- Gəlin Belarusun rolundan danışaq. Sorğular göstərir ki, Belarus tərəfdən Ukrayna ilə müharibəyə dəstək azdır. Belarus Ukraynada bu ölkəqarşı təcavüzdə iştirak etməkdə ittiham olunur və Belarus ordusu təlimləri minimum mayın 21-dək uzadıb...

- Təbii ki, Belarus təcavüzdə iştirak edib, bu terminin birbaşa tərifi var və hətta müzakirə olunacaq heç bir şey də yoxdur. Belarus çevik qüvvələrinin hazırkı qəfil sınağına və təlimlərin uzadılmasına gəlincə, bu, sırf siyasi xarakter daşıyır: Ukraynaya yenidən təsir etmək, eləcə də Qərbin görməsi üçün silahları cingildətmək. Göstərmək üçün ki, Rusiya buradan öz qoşunlarını Baltikyanı ölkələr istiqamətinə çevirə bilər. Belarusun özü isə heç kimə hücum etmək iqtidarında deyil.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri