18 
May
2022
11:10
18
56
2081
Virtual karabakh

“Ermənistanda ikili hakimiyyət çevrilişə səbəb ola bilər” - Kiril Koktışla MÜSAHİBƏ

18 May, 2022
11:10
2081

“Ermənistanda ikili hakimiyyət çevrilişə səbəb ola bilər” - Kiril Koktışla MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İkili hakimiyyət yaxşı heç nəyə aparmır. Bu vəziyyətdə məndə Vladimir Leninin 1917-ci il fevral inqilabından sonra Rusiyada yaranmış ikihakimiyyətlilik haqqında məqaləsi (eyni vaxtda iki hakimiyyət meydana çıxdı: Fəhlə və Əsgər Deputatları Sovetləri və Müvəqqəti Hökumət – red.) ilə assosiasiya olunur. Bildiyimiz kimi, o zaman hər şey Oktyabr inqilabı ilə başa çatdı.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun siyasi nəzəriyyə kafedrasının dosenti, rusiyalı media eksperti Kirill Koktış Ermənistanda ikili hakimiyyətin nələrə gətirib çıxaracağı barədə Oxu.Az-a danışıb:

- Əgər metodoloji yanaşsaq, o zaman qeyd edə bilərik ki, ikihakimiyyətlilik sadə bir səbəbdən mümkün və əlverişli deyil: istənilən siyasət resursların çıxarılması və yenidən bölüşdürülməsi üzrə fəaliyyətdir. Müvafiq olaraq, ikihakimiyyətlilik resursların ikiqat israfı deməkdir ki, bu da bütövlükdə siyasi sistem üçün son dərəcə əlverişsizdir.

- Oktyabr inqilabı ilə əlaqələndirdiyinizi nəzərə alsaq, Ermənistanda çevrilişin mümkün olduğunu demək olarmı? Müxalifətin onurğa sütunu var ki, onların axıra qədər getmək niyyətində olduqları aydındır. Onlar isə, belə demək mümkünsə, paralel “hökumət” orqanları formalaşdırmağa hazırdırlar.

- İstənilən ölkədə, hətta ABŞ-da da çevriliş mümkündür. Bu baxımdan heç vaxt heç nədən əmin ola bilməzsiniz. Hər şey xüsusi tənzimləmələrdən asılıdır.

- Bəs xaricdən dəstək nə dərəcədə vacibdir? Axı inqilablar və sarsıntılar xeyli vəsait tələb edir.

- Xaricdən dəstək, xüsusilə daxili zəifliklər və ziddiyyətlər xaricdən resurs dəstəyi ilə “birləşdikdə” vacibdir. Bir şey varsa bunun hakimiyyəti dəyişmək üçün kifayət edəcəyi fakt deyil. Söhbət iki terminin birləşdirilməsindən gedir. Buna misal olaraq 2020-ci ildəki Belarusu göstərmək olar (hazırkı prezident Aleksandr Lukaşenkonun qalib gəldiyinə görə prezident seçkilərinin rəsmi nəticələrinin elan edilməsi ilə əlaqədar bütün ölkəni etirazlar bürümüşdü - red.). Kənardan böyük resurs dəstəyi var idi, heç bir nəticə vermədi, çünki hakimiyyət kifayət qədər qüvvələrini birləşdirmişdi.

- Ermənistanın parlament və qeyri-parlament müxalifəti revanşist şüarlarla aksiyalara gedir. Onlar Azərbaycanla sülh sazişinin əleyhinədirlər. Məgər hərbi xarakterli şüarlar doğrudan da Ermənistanın 2020-ci il müharibəsində məğlubiyyətinin şahidi olmuş, hələ özünə gəlməmiş ölkədə çox sayda insanları birləşdirə bilər?

- İstənilən şüar ola bilər, hər şey konkret siyasətçilərə dəstək zonasından, seçicilərin bölüşdüyü münasibətdən asılıdır. Məsələ bundan ibarətdir ki, müəyyən fiqurların ciddi ictimai etimadı varmı?

- Bu erməni müxalif siyasətçilər əvvəlkilərdir. Onlar artıq hakimiyyətdə olublar. Ermənistanda isə həm müharibədən əvvəl, həm də ondan sonra keçirilən seçkilərdə qalib gəlmədilər. Yəni seçkinin göstərdiyi kimi köhnə hakimiyyət xoşlarına gəlmir, amma yenə də bir çoxları onları dəstəkləmək üçün küçələrə axışır. Bunu necə başa düşmək olar?

- Gəlin, Fransanı yada salaq. İnsanlar prezident Emmanuel Makronun hakimiyyətindən narazı idilər, amma bu, təsir etdimi? O, ikinci prezidentlik müddətini əldə etdi. Seçkilər hakimiyyətin formalaşdırılması yolu deyil, elitanın verdiyi qərarın legitimləşdirilməsi mexanizmidir.

Statistik məlumatlar var - insanların 88 faizi siyasəti bilmir, ondan istifadə edir. Bax, liftə daxil olub düyməni basırsınız. Onun necə qurulduğunu bilməyiniz lazım deyil. Odur ki, köhnə hakimiyyəti (Ermənistanda - red.) artıq görüblər arqumentasiyası 88 faiz əhəmiyyətsiz olacaq. 

- Belə çıxır ki, çoxluğun seçkilərdə ifadə etdikləri fikrə baxmayaraq, Ermənistanda fəal azlıq çevriliş təşkil edib hakimiyyəti dəyişə bilər?

- Bəli, biz bunu bir çox ölkələrdə görmüşük. Sualınızı elə özünüz cavablandırdınız.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri