Avq
2022
17:06
183
22
2757
Virtual karabakh

Ərdoğan-Putin görüşündən gözləntilər: Qarabağdakı hadisələr, Suriya böhranı - Türkiyəli professorla MÜSAHİBƏ

5 Avq, 2022
17:06
2757

Ərdoğan-Putin görüşündən gözləntilər: Qarabağdakı hadisələr, Suriya böhranı - Türkiyəli professorla MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türkiyənin Suriyanın şimalındakı terror mərkəzlərinə qarşı əməliyyat keçirməsi qaçılmaz bir hal alıb. Çünki Türkiyə ölkəsinin və xalqının təhlükəsizliyini təhdid edən terror ünsürlərinə qarşı hər zaman və hər yerdə əməliyyatlar keçirəcəyini uzun müddətdir dilə gətirir, terrorun kökünü kəsmək üçün yeni strategiya həyata keçirir. Belə ki, Türkiyə bundan əvvəl öz torpaqlarında terrorizmin kökünü kəsməyi hədəfləyirdi. Lakin 2010-cu ildən sonra terrorun yuvalarına qarşı əməliyyatlar keçirən bir Türkiyə var. Bunun üçün də çox ciddi işlər görür”.

Bunu Oxu.Az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı, professor Mazhar Bağlı deyib. 

Sabiq deputatla Ərdoğan Putin görüşünün pərdəarxası məqamları və Türkiyənin mümkün Suriya hərəkatı ilə əlaqədar mövzularda söhbət apardıq. 

Sözügedən müsahibəni təqdim edirik:

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin Soçi görüşündə hansı mövzular müzakirə oluna bilər?

- Həqiqətən də Soçi görüşü çox vacib bir görüşdür. Bu zirvə Türkiyə Rusiya münasibətlərində əldə edilən irəliləyişi görmək baxımından da çox vacibdir. İki ölkə arasındakı əlaqələrin əsasını ticarət, təhlükəsizlik məsələlərində işbirliyi təşkil edir ki, keçiriləcək görüşdə bu mövzuların gündəmə gələcəyini düşünürəm. Lakin ən önəmli mövzu Türkiyənin Suriyanın şimalında yerləşən terrorçulara qarşı həyata keçirəcəyi əməliyyat barədə müzakirələrdir. Həmçinin Türkiyə ilə Rusiya arasında nüvə stansiyaları ilə əlaqədar məsələlər də gündəmə gəlib. Bu məsələ ətrafında da razılaşmalar əldə edib, sağlam iş ortaya qoymaq lazımdır. Soçi zirvəsi Türkiyə və Rusiya arasındakı tərəfdaşlığın inkişaf etdirilməsi baxımından da çox vacibdir. Görüşdən çox önəmli nəticələr çıxacağını düşünürəm. 

- Türkiyənin Suriyada terror təşkilatlarına qarşı yeni hərəkata başlama ehtimalı fonunda Soçi görüşündə Türkiyə ilə Dəməşq arasında razılaşma məsələsi gündəmə gələ bilərmi?

- Türkiyənin Suriyanın şimalındakı terror mərkəzlərinə qarşı əməliyyat keçirməsi qaçılmaz bir hal alıb. Çünki Türkiyə ölkəsinin və xalqının təhlükəsizliyini təhdid edən terror ünsürlərinə qarşı hər zaman və hər yerdə əməliyyatlar keçirəcəyini uzun müddətdir dilə gətirir, terrorun kökünü kəsmək üçün yeni strategiya həyata keçirir. Belə ki, Türkiyə bundan əvvəl öz torpaqlarında terrorizmin kökünü kəsməyi hədəfləyirdi. Lakin 2010-cu ildən sonra terrorun yuvalarına qarşı əməliyyatlar keçirən bir Türkiyə var. Bunun üçün də çox ciddi işlər görür. Fikrimcə, Türkiyə və Suriya razılığa gəlməlidir. Lakin nəticənin necə olacağını görüşdən sonra rahatlıqla deyə bilərik. Ehtimal olunur ki, Rusiya bu mövzuda çox önəmli rol oynayacaq. Belə ki, hər iki tərəflə çox yaxşı münasibətləri var və hətta Suriyanın hava məkanı Rusiyanın nəzarətindədir. 

- Ankara-Moskva-Tehran üçlüyü Astana formatını canlandıra bilərmi?

- Rusiya, Türkiyə və İranın razılaşmadığı halda Suriya problemi üçün həll planı qurmağın heç bir mənası yoxdur. Çünki Suriya özünün təhlükəsizliyini tamamilə Rusiyanın nəzarətinə verib. Türkiyə orada yerləşən terrorçu qruplaşmalardan çox böyük zərərlər görür. İran da Suriyada bəzi qruplaşmalarla ciddi münaqişədədir. Dolayısı ilə Ankara-Moskva-Tehran üçlüyünün bir formatla bu problemin həllinə yönəlmiş işlər görməsi gündəmdədir. Hesab edirəm ki, bu sahədə də hansısa işlər aparılacaq. 

- Azərbaycanın erməni separatçılarının təxribatına cavab verməsi iki lider arasında müzakirə mövzusu ola bilərmi?

- Görüşdə Azərbaycan ordusunun erməni separatçılarının təxribatlarına qarşı əməliyyat keçirməsi də gündəmə gələ bilər, lakin Türkiyənin bu mövzudakı fikri açıqdır. Türkiyə Azərbaycanla özü arasında bir fərq görmür. Erməni terrorçularının və ya başqa gücün Azərbaycana qarşı yönəlmiş təcavüzü, təxribatı Türkiyəyə qarşı olunmuş kimi qəbul edilir. 

- Rusiya mətbuatında Türkiyənin BRİKS-ə dəvət olunacağı ilə bağlı xəbərlər dərc olunur. Sizcə, Türkiyə belə bir təklifi qəbul edər?

- Bu, həqiqətən önəmli bir mövzudur. 2010-cu ildən sonra Türkiyə BRİKS-ə üzv olmaq üçün səy göstərib. Keçmiş Maliyyə naziri Mehmet Şimşək də məsələ ilə əlaqədar xeyli işlər görmüşdü. Hələ də Türkiyənin bəhs etdiyimiz Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika kimi ölkələrin yaratdığı təşkilata üzv olmaq arzusu var. Fikrimcə, Türkiyə bu təşkilata dəvət olunarsa, qəbul edər və etməlidir. 

- Türkiyə BRİKS-ə üzvlüyü qəbul edərsə, Avropa və ABŞ bu vəziyyətə necə cavab verəcək?

- Açığı bu məsələyə görə Türkiyənin mənfi reaksiya ilə qarşılaşacağını düşünmürəm. Olsa belə bu reaksiyaların Türkiyə üçün əhəmiyyəti olmayacaq. Türkiyə müstəqil siyasət aparan bir ölkədir. Hansısa ölkə ilə olan münasibətini üçüncü ölkələrin müdaxiləsinə icazə verməz. 

Aysel Aslanqızı

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri