16 
Avq
2022
13:48
65
18
1695
Virtual karabakh

Maykl Vasyura: “Co Baydenin impiçmenti üzrə prosedur, demək olar ki, 100% mümkündür” – ABŞ-dan MÜSAHİBƏ

16 Avq, 2022
13:48
1695

Maykl Vasyura: “Co Baydenin impiçmenti üzrə prosedur, demək olar ki, 100% mümkündür” – ABŞ-dan MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Prezidenti Co Baydenin reytinqi bütün antirekordları qırır. Eyni zamanda II rübdə artımın +0,5% olacağını göstərən rəsmi proqnozlara baxmayaraq, ölkə iqtisadiyyatı da geriləyir. Bundan əlavə, ABŞ iqtisadiyyatının çöküşü son 40 ildə rekord inflyasiya ilə düz mütənasiblik təşkil edir.

ABŞ-da Co Baydenin səhhəti aktiv şəkildə müzakirə olunur. Onun daim “kabuslar”la qarşılaşdığı deyilir. Payız seçkilərinin nəticələrinə əsasən Co Baydenin Demokrat Partiyasının Senata və Nümayəndələr Palatasına aralıq seçkilərdə məğlubiyyətinin qaçılmaz olduğu bilindikdən sonra Ağ Ev rəhbəri impiçmentlə üzləşə bilər ki, bu da ayrı bir mövzudur.

“Newsweek” nəşri qeyd edir ki, Respublikaçılar Partiyası artıq impiçmentə başlamaq niyyətini bəyan edib. Eyni zamanda Massaçusets Universitetinin sorğusuna əsasən, respublikaçıların 68%-i və mühafizəkarların 66%-i belə bir qərarı dəstəkləyirlər. Düzdür, impiçment elan olunarsa, reytinqi hazırkı prezidentinkindən də aşağı olan vitse-prezident Kamala Harris ölkəyə rəhbərlik edəcək.

Vəziyyətlə bağlı amerikalı analitik və jurnalist Maykl Vasyura Oxu.Az-a şərh verib.

- Co Baydenin impiçmenti və hakimiyyətdən getməsi nə dərəcədə mümkündür?

- Co Baydenin gedişi qeyri-mümkündür, lakin Respublikaçılar Konqresin aşağı palatasında səs çoxluğu əldə etdikdən sonra impiçment proseduru demək olar ki, 100% mümkündür. Çox güman ki, bu, prezident Co Baydenin oğlu Hanterlə əlaqəli olacaq. Respublikaçılar Nümayəndələr Palatasında çoxluğu qazandıqdan sonra bu, əsas prioritet olacaq. Lakin Senatda demokratların sayı çox olduğu üçün prezidenti vəzifəsindən uzaqlaşdırmaq çox çətin olacaq.

- Gəlin irəliyə baxaq və növbəti prezident seçkilərindən danışaq. Zaman sürətlə keçir. Növbəti seçkilərdə demokratların namizədi kim ola bilər? Bayden deyir ki, o, yenidən namizədliyini irəli sürəcək, lakin buna hətta demokratların özləri də az inanırlar. Mişel Obama və Hillari Klintonun namizəd ola biləcəyi bildirilir. Digər perspektivli namizədlər arasında Kamala Harrisin adı səslənir. Həmçinin ABŞ-ın nəqliyyat naziri və eyni zamanda ölkə tarixində açıq şəkildə ilk cinsi azlıq nümayəndəsi nazir olan Pitt Buttidcin namizədliyi də müzakirə olunur...

- Mən mümkün namizədləri uzun müddət sadalaya bilərəm, amma əslində onlardan hansının Demokrat Partiyası tərəfindən prezidentliyə namizədliyini irəli sürəcəyi hələ bəlli deyil. Biz bunu yalnız onların rəqabət nəticələrini və praymerizlərin (partiyadaxili seçkilərin – red.) yekunlarını görəndən sonra biləcəyik. Co Baydenin yenidən namizədliyini irəli sürəcəyi ehtimal olunur. Güman edirəm ki, bu halda Demokrat Partiyası ona müəyyən təzyiqlər edəcək ki, o, könüllü olaraq namizədlikdən imtina etsin.

Bununla belə, sualınıza qayıdaraq qeyd etmək istəyirəm ki, nə Hillari Klinton, nə də Mişel Obama (o, bunu sadəcə istəmir) Demokratlar Partiyasından namizəd olmayacaqlar. Kamala Harrisin bir az şansları var, lakin o, yumşaq desək, o qədər də populyar deyil. Lakin nisbətən real namizəd qaradərili Nyu-York meri Erik Leroy Adams ola bilər. Keçmiş polis olan Erik Leroy Adams demokratların tərəfdarıdır, mötədil fikirlərə malikdir, yaxşı natiqdir.

- Respublikaçılar arasında Donald Trampdan başqa kim namizəd ola bilər? Florida qubernatoru Ronald Desantisin şansının yüksək olduğu ilə bağlı fikirlər mövcuddur.

- Donald Tramp namizəd olmaq istəyir. Lakin o, namizədliyini irəli sürməsə, Ron Desantis prezidentliyə namizəd olacaq. Respublikaçıların “prezidentlik yarışı” demokratlarınkı qədər maraqlı deyil, çünki burada iki aşkar favorit var. Şərhçilər belə bir fikir irəli sürür ki, Tramp yenə də namizədliyini irəli sürəcək, çünki bu, onu prokurorluq təqiblərindən xilas edir. ABŞ-da prokurorlar siyasi proseslərin iştirakçılarıdır və təbii ki, Donald Trampın ona qarşı irəli sürülən ittihamlardan öz xeyrinə istifadə edəcəyindən, siyasi təqiblərdən danışacağından qorxurlar. Bütün bunlar ABŞ-ın 45-ci prezidentinin xeyrinə və ədalətin zərərinə işləyəcək.

- Bəs Donald Tramp Ronald Desantislə birgə seçkiyə gedə bilərmi? Tramp prezident, Desantis isə vitse-prezident...

- Bəli, əlbəttə. Bu, mümkün variantdır.

- Növbəti prezident seçkilərinə dair proqnoz verə bilərsinizmi? Hazırda demokratların şansı daha çoxdur, ya respublikaçıların?

- Düşünürəm ki, hazırda vəziyyət 50/50 səviyyəsindədir. Bu isə çox qorxuludur. Donald Tramp – avtoritar insandır. Hesab edirəm ki, o, ABŞ-ın demokratik ənənələrinə hörmət etmir. Buna baxmayaraq onun prezident olmaq şansı olduqca çoxdur.

- Təsəvvür edək ki, 2024-cü il seçkilərində respublikaçılar hakimiyyətə gəliblər. Bu halda ABŞ-ın postsovet məkanı, o cümlədən Cənubi Qafqazla bağlı siyasəti necə dəyişə bilər?

- Vaşinqtonun siyasəti dəyişməyəcək. Amma respublikaçı prezident, istər Tramp olsun, istərsə də Desantis, beynəlxalq koalisiyanın təşkilində, ABŞ-ın Qərbi Avropa, Yaponiya və digər ölkələr kimi müttəfiqlərini toplamaqda daha az maraqlı olacaq.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri