17 
Avq
2022
19:49
18
321
3725
Virtual karabakh

“Neftçi”dən qovulan çexiyalı baş məşqçi: “Favoritim “Viktoriya”dır” - MÜSAHİBƏ

17 Avq, 2022
19:49
3725

“Neftçi”dən qovulan çexiyalı baş məşqçi: “Favoritim “Viktoriya”dır” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onu “Neftçi” azarkeşləri yaxşı xatırlayarlar. 2007-ci ilin yayında Qurban Qurbanovun istefasından sonra əcnəbi mütəxəssisə üstünlük verən “ağ-qaralar” komandanı məhz ona həvalə etdi. 

Lakin həmin dönəmdə komandada işlər yolunda getmədi və çalışdırıcı ilin sonunda istefaya göndərildi. Söhbət qısa müddət ölkəmizdə işləyən çexiyalı Vlastimil Petrjeladan gedir. 

69 yaşlı mütəxəssislə əlaqə saxlamağımız təsadüfi deyildi. Çünki onun həmyerliləri Çempionlar Liqasının pley-off mərhələsində məhz Qurban Qurbanovun rəhbərlik etdiyi “Qarabağ”la qarşılaşacaq. 

Vlastimil Petrjela Sports.az saytına müsahibəsində həm bu cütlüyü dəyərləndirib, həm də şəxsi həyatı ilə bağlı maraqlı bir sirri açıb:

- Çoxdandır sizdən xəbər yoxdur. Nə işlə məşğulsunuz?

- Öz ölkəmdə, Vlaşimdə yaşayıram. Burada peşəkar bir klubda gənclər komandasının baş məşqçisi kimi çalışıram. 

- Yəqin xəbəriniz var ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində həmyerliləriniz “Viktoriya” ilə qarşılaşacaq…

- Əlbəttə ki, xəbərim var. “Qarabağ” – “Viktoriya” matçını mən də çoxları kimi, səbirsizliklə gözləyirəm. Hər ikisi balanslı komandadır. 

- “Viktoriya”nın hazırkı durumu barədə nə deyə bilərsiniz? Komandanın futbolçuları, oyun üslubu, baş məşqçisi haqda fikirləriniz maraqlıdır…

- “Viktoriya” müştərək hərəkət edən bir kollektivdən qurulub. Çox intizamlıdırlar və əla çalışdırıcı tərəfindən idarə olunurlar. Baş məşqçiləri Mixal Bilek bir neçə klubla yanaşı, Qazaxıstan yığmasını da çalışdırıb. 

- Bəs “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla tanışlığınız varmı? 

- Qurban Qurbanovu şəxsən tanımıram. Amma 2007-ci ildə “Neftçi”ni ondan aldığımı bilirəm. 

- “Qarabağ” – “Viktoriya” cütündə şansları necə dəyərləndirirsiniz? 

- “Viktoriya” artıq bir dəfə “Qarabağ”ı avrokuboklardan kənarlaşdırıb. Komandaları müqayisə etdikdə Çexiya təmsilçisini daha balanslı hesab edirəm. Bu üzdən favoritim “Viktoriya”dır. Yəni bu komandanın Çempionlar Liqasının qrupuna yüksəlmək şansını daha çox sayıram. 

- Azərbaycan haqda xatirələriniz necədir? 

- Azərbaycan çox xoşuma gəldi. Ölkənizi sevirəm, gözəl yerdir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri