Mar
2023
15:05
127
11
1406
Virtual karabakh

Seyran Arifov: “Ukrayna müsəlmanları, o cümlədən azərbaycanlılar öz ölkələrini müdafiə ediblər”

2 Mar, 2023
15:05
1406

Seyran Arifov: “Ukrayna müsəlmanları, o cümlədən azərbaycanlılar öz ölkələrini müdafiə ediblər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ukrayna ordusunda çoxlu azərbaycanlı var”.

Bunu Ukrayna Müsəlmanları Konqresinin sədri Seyran Arifov ölkəsində müsəlmanların müharibəyə getməsini Oxu.Az-a şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ukrayna müsəlmanları vətənlərini dəstəkləyir, cəbhələrdə vuruşurlar.

“Müsəlmanların bəziləri könüllü birliklərə, məsələn, “Krım batalyonu”na, “Noman Çelebicihan batalyonu”na yazılıblar. Başqa ölkələrdən də müsəlman könüllülər var. Məsələn, “Şeyx Mənsur”, “Cohar Dudayev” və s. adına çeçen batalyonları yaradılıb. Amma ölkəsini müdafiə edən müsəlmanların əksəriyyəti bu ölkənin silahlı qüvvələrinin sıralarında döyüşən Ukrayna vətəndaşlarıdır. Bunlar ayrı-ayrı hərbi bölmələr deyil, bütün orduya səpələniblər. Çoxlu azərbaycanlılar və təbii ki, Krım tatarları da var. Təəssüf ki, çoxlu həlak olanlarımız, şəhidlərimiz var. Amma Ukrayna müsəlmanları öz ölkələrini müdafiə ediblər və bundan sonra da edəcəklər. Onların arasında, yeri gəlmişkən, islamı qəbul etmiş yüzlərlə etnik ukraynalı da var”, - deyə o bildirib.

Konqres sədri həmçinin müsəlman ölkələrindən də kömək gəldiyini vurğulayıb.

“Bu, əsasən, humanitar xarakter daşıyır və dövlət səviyyəsində daha çox görünür, xüsusən də ərəb ölkələrindən söhbət gedirsə. Bu kömək birbaşa bizə, sakinlərə gəlmir, amma xəbərləri oxuyuruq, bilirik. Amma yenə də bütövlükdə müsəlman dünyasının bu dəstəyi yetərli deyil, çünki söhbət yurd-yuvasını tərk etmək məcburiyyətində qalan və qaçqın vəziyyətinə düşmüş onminlərlə müsəlmandan gedir”.

Ukrayna Müsəlmanları Konqresinin sədri Rusiyadakı müsəlmanlarla əlaqə yaratmaq cəhdlərindən də danışıb. Onun sözlərinə görə, müharibənin başlanğıcında ikitərəfli ünsiyyət səyləri olub.

“Rusiya müsəlmanlarına, Rusiya müsəlmanlarının ruhani idarələrinə müraciət etdik. Biz ümid edirdik ki, onlar Rusiyanın təcavüzünü pisləyəcəklər. Heç nə alınmadı. Siz və mən Rusiyada sistemin necə işlədiyini çox yaxşı başa düşürük. Hətta hərbi kampaniyanı tənqid edənlərə görə cinayət cəzası var. Bundan əlavə, Rusiyada bütün müftilərin iqtidaryönlü olduqları aydındır. Onların əksəriyyəti əvvəldən Rusiyanın işğalını açıq şəkildə dəstəkləyib. Beləliklə, bütün dialoq cəhdləri tezliklə dayandırıldı”, - deyə Seyran Arifov sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri