11 
Mar
2023
14:35
115
21
1085
Virtual karabakh

Azərbaycanlı jurnalist ukraynalı tələbələr qarşısında çıxış etdi - FOTO

11 Mar, 2023
14:35
1085

Azərbaycanlı jurnalist ukraynalı tələbələr qarşısında çıxış etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynada Boris Qrinçenko adına Kiyev Universitetinin beynəlxalq jurnalistika fakültəsində azərbaycanlı jurnalist, siyasi şərhçi Orxan Amaşovun mühazirəsi keçirilib. Onlayn görüş müharibə və informasiya blokadası şəraitində beynəlxalq media kommunikasiyalarının həyata keçirilməsinə həsr olunub.

İclasın moderatoru və təşəbbüskarı Ukrayna-Azərbaycan layihələrinin kuratoru, jurnalist Marina Qonçaruk olub.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq jurnalistika kafedrasının dosenti, sosial kommunikasiyalar üzrə elmlər namizədi Anjelika Dosenko Ukrayna-Azərbaycan dialoqunun və ukraynalı müəllimlərin, tələbələrin xarici natiqlərlə, xüsusən də Ukraynanın strateji tərəfdaşlarından dost Azərbaycandan olan tələbələrlə ünsiyyətinin inkişafının vacibliyini qeyd edib.

Orxan Amaşov işğalçı ölkə tərəfindən beynəlxalq platformalarda dezinformasiyaların yayılması kontekstində tarixi həqiqətlərin və reallıqların beynəlxalq aləmə çatdırılmasının vacibliyindən danışıb. O qeyd edib ki, dünya beynəlxalq hüquq və dövlətlərin ərazi bütövlüyü məsələlərində daha prinsipial olmalı, işğal siyasətinə bəraət qazandırmaq cəhdlərinə son qoymalıdır.

Onlayn görüşdə həmçinin ukraynalı filologiya elmləri namizədi, dosent Maksim Karas, siyasi elmlər doktoru, dosent Vitali Tereşçuk və universitet tələbələri də iştirak ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri