30 
Noy
2013
09:30
69
26
6385
Virtual karabakh

Amil Ağacanov: İstəmərəm ailə quracağım xanım idman aləmindən olsun – FOTO

30 Noy, 2013
09:30
6385

Amil Ağacanov: İstəmərəm ailə quracağım xanım idman aləmindən olsun – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Anam istəyirdi ki həkim olum, qohumların isə hərbçi”.

Oxu.Az-ın “Oyundan kənar” rubrikasının ikinci qonağı “Simurq”  futbol komandasının qapıçısı Amil Ağacanovdur.

- Amil Ağacanov kimdir? Gəl daha yaxından tanıyaq səni…

- Mən sadə insanam, çalışıram hər kəslə səmimi olum. Yaxşı dostam, mən dostlarımın dediyini deyirəm.

- Uşaqlıq illərin harada keçib? 

-Uşaqlıq illərim Almaniyada keçib. Deyərdim ki, oradakı həyatım çox maraqlı olub. Orta məktəbi orada oxumuşam. Almaniyada yaşamağıma səbəb isə atamın işi ilə əlaqədar olub. Mənim atam hərbiçi idi. Bir qardaşım var, o da atamın yolunu davam etdirir, hərbiçidir...

- İlk dəfə futbola gəldiyin gün? Səni boksçu kimi görə bilərdikmi? Yoxsa sən elə futbol üçün doğulmusan?

- İlk dəfə  futbola 7 yaşımda Almaniyada  getmişəm . Orada dərslərdən sonra futbol kursları keçirilirdi. Məndə kurslarda öyrənirdim bu idman növünü və beləcə getdikcə futbola daha çox bağlandım.

Boksçu kimi yox amma tennisçi kimi görə bilərsiniz məni. Elə indi də sevirəm tennisi, boş vaxtım olan kimi oynayıram və  məncə yaxşı alınır. Anam istəyirdi ki həkim olum, qohumlarım isə hərbiçi olmağımı istəyirdi. Amma mən öz seçimimi etdim və futbolçu oldum.

- Hansı klub sənə daha doğmadır? Amma səmimi söylə…

- Oynadığım hər klub doğmadır mənə. Amma “AZAL” daha yaxındır.

- Bəs hansı klubda oynamaq istəyərdin?

-Elə “Simurq”da oynamaq istəyərdim. İndi də bu komandanın üzvüyəm, amma bundan sonra harada olacağımı bilmirəm (gülür).

- Hansı ölkələrdə olmusan? Sənə daha çox hansı klub maraqlı gəlir? 

- Çox ölkələrdə olmuşam. Düzünü desəm İtaliyanı sevirəm, oradakı binalar, mənzərə və abu-hava fərqlidir. Klublardan isə “Bavariya”nın oyunlarına  pərəstiş edirəm.

- Səncə biz futbolumuzun daha da irəliləməsi üçün nələr etməliyik?

-Əslində bizim futbol yavaş-yavaş inkişaf edir. Əvvəlki vəziyyətlə  müqayisə etsək, indi daha yaxşıdır. Biz komanda şəklində çalışmalıyıq ki, futbolumuz daha da inkişaf etsin.

- Azərbaycan futbolu deyəndə səncə  ilk olaraq nə düşünülür və ya kim düşünülür? 

- Təbii ki “Neftçi” klubu və əvəzolunmaz insan Anatoli Banişevski. Düşünürəm ki futbolda olan bir insan Banişevskini tanımalı və bilməlidir.

- Oyun meydançasından kənarda Amil necə biridir?

- Oyundan kənarda sakit biriyəm. Əslində oyunda çox aqressiv, əsəbi və gərgin oluram. Oyun zamanı nə qədər sakit olursan ol, hərdən insan əsəblərini cilovlaya bilmir .

- Sonuncu oxuduğun kitabın adını deyə  bilərsən bizə? 

- Deyə bilərəm ki, futbola aid çox kitab oxumuşam və bu idman növünə aid nə varsa hər şey ilə maraqlanıram. Bu, istər xəbərlər olsun, istərsə də  digər məlumatlar. Mənə canlı “Google” deyirlər (gülür).

- İdman aləmindən olan xanımla ailə qurardın? Həyatında necə bir xanım ola bilər?

- Yox istəmərəm ailə quracağım xanım idman aləmindən olsun. Bilirsiniz, əslində peşəsi nə olursa olsun, insanlar bir birini başa düşməlidir. Bax onda həqiqətən  də, nə isə alına bilər. Mən çox istəyərəm ki, həyatımda məni başa düşən xanım olsun.

Nərmin Kazımova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri