16 
Dek
2016
11:22
59
26
5626
Virtual karabakh

“ASAN Viza” ilə bağlı dövlət rüsumu məlum oldu – MƏBLƏĞ

16 Dek, 2016
11:22
5626

“ASAN Viza” ilə bağlı dövlət rüsumu məlum oldu – MƏBLƏĞ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda test rejimində fəaliyyət göstərən “ASAN Viza” portalı yanvar ayının 10-dan etibarən tam istifadəyə veriləcək. 

Oxu.Az xəbər verir ki, artıq əcnəbilər evlərindən çıxmadan, növbədə gözləmədə, sənədlər toplamadan onlayn müraciət edərək viza əldə edə biləcəklər. 

Ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birdəfəlik elektron viza almaq üçün portala müraciət edən şəxs ödəniş etdikdən sonra vizası 3 iş günü müddətində elektron poçt ünvanına göndəriləcək.

Viza üçün dövlət rüsumu 20 dollar təşkil edir. Bu rüsum vizaya baxmaq üçün tələb olunur və heç bir halda geri qaytarılmır.

Elektron viza müraciətlərinin birnəfərlik, ailə (ən azı 2, ən çox 10 nəfər) və qrup şəklində (ən az 10 və ən çox 300 nəfər) edilməsi nəzərdə tutulur.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri