Yan
2017
19:18
23
109
4725
Virtual karabakh

Sekutanın geri çağırılacağına dair məlumata – MÜNASİBƏT

6 Yan, 2017
19:18
4725

Sekutanın geri çağırılacağına dair məlumata – MÜNASİBƏT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın xarici xidmətlər sahəsində uzun müddət yüksək səviyyədə çalışmış səfir Robert Sekutanın Azərbaycanda öz fəaliyyətini davam etməsi gözlənilir. 

Oxu.Az xəbər verir ki, bu barədə yeni prezident Donald Trampın inauqurasiya mərasimindən sonra xarici ölkələrdəki səfirləri, o cümlədən Robert Sekutanı geri çağıracağı barədə məlumatlarla bağlı ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya bildirilib.

Bildirilir ki, ABŞ prezidentini təmsil edən səfirlər prezidentinin təyinatı əsasında çalışırlar.

Qeyd edək ki, “New-York Times” qəzeti bəzi diplomatlara istinadən yazıb ki, Donald Tramp  inauqurasiya mərasimindən sonra xarici ölkələrdə fəaliyyət göstərən bütün ABŞ səfirlərini geri çağıracaq. Bununla bağlı ABŞ Dövlət Departamentinə bildiriş  də göndərilib.

Donald Trampın inauqurasiya mərasimi yanvarın 20-da keçiriləcək. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri