Yan
2017
14:44
137
39
3534
Virtual karabakh

XİN Azərbaycanın İslam hərbi koalisiyasına qoşulması xəbərinə münasibət bildirib - YENİLƏNİB

9 Yan, 2017
14:44
3534

XİN Azərbaycanın İslam hərbi koalisiyasına qoşulması xəbərinə münasibət bildirib - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İslam hərbi koalisiyasına qoşulması barədə xəbərlərə münasibət bildirib.

Oxu.Az-ın  məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik belə bir məsələ yoxdur.

“İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sözügedən məsələ ilə əlaqədar vaxtilə müxtəlif fikirlər səsləndirilib. Hər hansı təklif irəli sürüldüyü halda, Azərbaycan tərəfindən müfəssəl şəkildə təhlil olunur”, - deyə H. Hacıyev vurğulayıb.

12:35

Azərbaycan İslam Hərbi Alyansına daxil olmaq barədə qərar qəbul edib. 

Oxu.Az-ın məlumatına əsasən, bu barədə APA “dunyanews.tv” saytına istinadən xəbər verir.

Məlumata əsasən, Azərbaycan, Tacikistan və İndoneziyanın alyansa daxil olmaq barədə qərarından sonra qurumun üzvlərinin sayı 42-yə çatıb.

İslam Hərbi Alyansının yaradılması təklifi ilk dəfə 2005-ci ildə Malayziyanın o vaxtkı baş naziri Mahatir Muhammad tərəfindən təklif olunub. Lakin sonralar Yaxın Şərqdə vəziyyət və İŞİD-in fəaliyyəti ilə əlaqədar Səudiyyə Ərəbistanı bu təklifi praktik müstəviyə çıxarıb.

Bildirilir ki, İslam Hərbi Alyansının NATO koalisiyasına ekvivalent təşkilat olması nəzərdə tutulur.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri