14 
Mar
2017
19:00
168
389
4119
Virtual karabakh

Azərbaycan dünyanın ən yaxşı ölkələri sırasındadır

14 Mar, 2017
19:00
4119

Azərbaycan dünyanın ən yaxşı ölkələri sırasındadır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan ABŞ-ın www.usnews.com portalının və Pensilvaniya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən sorğunun nəticələrinə görə dünyanın ən yaxşı ölkələrinin reytinqində yer alıb.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, reytinqdə ölkələr turizm sektorunun inkişafı, innovasiyalar, mədəniyyət, iqtisadi artım, əlverişli biznes mühiti və tarixi irs meyarları üzrə seçiliblər. Dünyanın 36 ölkəsində 20 min nəfər arasında aparılan sorğunun nəticələrinə görə, Azərbaycan ən yaxşı 80 ölkə arasında 69-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahıda MDB ölkələrindən Azərbaycan ilə yanaşı, yalnız Rusiya, Belarus, Qazaxıstan və Ukrayna yer alıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri