15 
Mar
2017
00:03
266
36
3693
Virtual karabakh

Poroşenko və Şahin Mustafayev gəmi və təyyarəqayırma layihələrini müzakirə ediblər

15 Mar, 2017
00:03
3693

Poroşenko və Şahin Mustafayev gəmi və təyyarəqayırma layihələrini müzakirə ediblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər ticari-iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını bildiriblər.

“Poroşenko, həmçinin ölkə prezidentlərinin ikitərəfli əlaqələrinin fəallaşdırılması sayəsində mümkün olan Ukrayna və Azərbaycan münasibətlərinin dinamikasını müsbət qiymətləndirib. Ukrayna prezidenti bu konteksdə 2017-ci ildə Kiyevdə iqtisadi əməkdaşlıq məsələləri üzrə Ukrayna-Azərbaycan birgə hökumətlərarası komissiyasının 12-ci iclasının keçirilməsini vacib sayıb”, - deyə məlumatda bildirilir.

Mətbuat xidmətinin məlumatına görə, gəmi və təyyarəqayırma, əczaçılıq, kənd təsərrüfatı kimi sahələrdə perspektivli əməkdaşlıq layihələrinə xüsusi diqqət ayrılıb.

“Poroşenko Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycana minnətdarlığını bildirib və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüynün bərpa olunması məsələsində Azərbaycana göstərdiyi dəstəklə bağlı mövqeyinin dəyişmədiyini vurğulayıb”, - deyə məlumatda qeyd olunur.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri