15 
Mar
2017
08:49
79
1794
1778
Virtual karabakh

Rusiya Hərbi-Dəniz Donanmasının nümayəndə heyəti Azərbaycana gəlib

15 Mar, 2017
08:49
1778

Rusiya Hərbi-Dəniz Donanmasının nümayəndə heyəti Azərbaycana gəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Hərbi-Dəniz Donanması Baş Komandanlığının nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Oxu.Az Report-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nümayəndə heyətinə HDD-nin Döyüş Hazırlığı İdarəsinin rəisi kontr-admiral Viktor Koçemazov başçılıq edir. Qonaqlar Bakıda “Dəniz Kuboku - 2017” müsabiqəsinin beynəlxalq mərhələsinə hazırlıq işlərinin müzakirə ounacağı konfransda iştirak edəcəklər. Müsabiqənin detalları Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanlığının nümayəndələri ilə birgə işlənib hazırlanacaq.

“Dəniz Kuboku - 2017” 1-10 avqust tarixlərində Azərbaycanda keçiriləcək.
Həmçinin Rusiya nümayəndə heyətinin Bakının Qaradağ rayonunun Puta qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin bazasına getməsi planlaşdırılır.

A.S.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri