16 
Mar
2017
12:55
100
39
1377
Virtual karabakh

Makedoniyanın birinci xanımı Azərbaycan Xalça Muzeyində – FOTO

Makedoniya Respublikasının birinci xanımı Maya İvanova Azərbaycan Xalça Muzeyinin qonağı olub.

Muzeydən Oxu.Az-a bildirilib ki, muzeyin direktoru Şirin Məlikova Makedoniya Respublikasının birinci xanımını Azərbaycan xalçası və digər dekorativ-tətbiqi sənət nümunələrinin sərgiləndiyi ekspozisiya və zərgərlik fondu ilə tanış edib.

Məlumat verilib ki, 2010-cu ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Həmin vaxtdan hər il noyabrın 16-sı ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd olunur.

Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, ekspozisiya zallarının qeyri-adi quruluşu qonaqda xoş təəssürat yaradıb.

Sonda muzeyin yeni nəşri olan “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından: Lətif Kərimovun müəllif əsərləri” kitabı qonağa hədiyyə edilib.

A.S.
www.oxu.az

Digər Siyasət xəbərləri