21 
Apr
2017
11:16
28
64
1154
Virtual karabakh

Elmar Məmmədyarov İtaliyanın ən qədim beyin mərkəzində çıxış edib

21 Apr, 2017
11:16
1154

Elmar Məmmədyarov İtaliyanın ən qədim beyin mərkəzində çıxış edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliyaya rəsmi səfəri çərçivəsində bu ölkənin ən qədim və nüfuzlu beyin mərkəzlərindən olan Beynəlxalq Təşkilat Cəmiyyətində (SİOİ) çıxış edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, E.Məmmədyarov İtaliyanın sabiq xarici işlər naziri və SİOİ-nin prezidenti Franko Fratti ilə birlikdə Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr edilmiş fotosərginin açılışında iştirak edib.

Sərgiyə iki ölkə arasında diplomatik münasibətlərin tarixinin ən maraqlı məqamları, o cümlədən həyata keçirilən yüksək səviyyəli səfərlər, Azərbaycan həqiqətlərinin və mədəniyyətinin təbliği istiqamətində İtaliyada təşkil olunan tədbirlərə dair fotoşəkillər, habelə münasibətlərin tarixini əks etdirən sənədlərin surətləri daxil edilib.

Ardınca SİOİ-də Azərbaycan-İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr edilən konfrans keçirilib. Konfransı giriş sözü ilə açan Franko Fratti Bakıya çoxsaylı səfəri ilə bağlı təəssüratları, Azərbaycanın regional və beynəlxalq siyasətdəki rolu barədə təqdimat xarakterli məlumat verib.

Sonra çıxış edən İtaliya xarici işlər nazirinin müavini Benedetto Della Vedova İtaliya-Azərbaycan əməkdaşlığının möhkəm zəmin üzərində qurulduğunu və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini deyərək iki ölkə arasında əlaqələrin hərtərəfli inkişaf etdiyini diqqətə çatdırıb.

Çıxış əsnasında Azərbaycanın xarici işlər naziri ölkənin xarici siyasətinin prioritetləri və Azərbaycan-İtaliya münasibətlərinin inkişaf perspektivlərinə toxunub. Bu xüsusda E.Məmmədyarov ölkənin müstəqillik tarixi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun ağır nəticələri, münaqişənin həlli üzrə nizamlanma prosesi, enerji və nəqliyyat strategiyası, o cümlədən TANAP və TAP layihələri, beynəlxalq sülh və təhlükəsizliyə töhfələrimiz, multikulturalizm və dinlərarası dialoqun təşviqi, Azərbaycanın İtaliya və Avropa İttifaqı ilə əlaqələri barədə ətraflı danışıb. Sonra E.Məmmədyarov auditoriyanın çoxsaylı suallarını cavablandırıb.

Tədbirdə İtaliya parlamentinin üzvləri, beynəlxalq münasibətlər və beynəlxalq hüquq sahəsində alimlər, tədqiqatçılar, İtaliyada akkreditə olunan diplomatik korpusun üzvləri və mətbuat nümayəndələri iştirak ediblər.    

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri