21 
Apr
2017
13:40
15
96
1800
yuxarı
Ermənistanın müdafiə nazirinin müavinləri dəyişdi
21 Apr, 2017
13:40
1800
15
96
Ermənistanın müdafiə nazirinin müavinləri dəyişdi
Ermənistanda müdafiə nazirinin müavinlərinin təyinatı məsələsi parlamentin səlahiyyətlərinin bitməsi ilə əlaqədar gecikir.
Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə aprelin 21-də keçirilən mətbuat konfransında Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bildirib.
Qeyd edək ki, daha öncə nazir müavini vəzifələrinə Ardak Zakaryan və Ardak Davtyanın təyin ediləcəyi bildirilirdi.
Erməni nazirin sözlərinə görə, onların hər ikisi faktiki olaraq hazırda işləyir və təyinat məsələləri həll edilib. Parlament funksiyalarının başa çatdıqdan sonra rəsmi təyinat olacaq.
Z.Q.