21 
Apr
2017
14:04
9
204
2281
Virtual karabakh

Məmmədyarov-Lavrov-Nalbandyan görüşünün vaxtı məlum oldu

21 Apr, 2017
14:04
2281

Məmmədyarov-Lavrov-Nalbandyan görüşünün vaxtı məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün vaxtı məlum olub.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Sergey Lavrov, Elmar Məmmədyarov Edvard Nalbandyan arasında görüş aprelin 27-də Moskvada keçirilə bilər.

Başqa bir mənbə isə APA-ya xarici işlər naziri Elmar Məmmədyarovun aprelin 27-də Moskvaya səfər edəcəyini təsdiqləyib.

Qeyd edək ki, Elmar Məmmədyarov ötən ay müsahibəsində Rusiya tərəfinin təşəbbüsü ilə üçlü görüşün keçiriləcəyini bildirmişdi.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə aprelin 19-da keçirdiyi ənənəvi brifinqdə nazirlərin üçtərəfli görüşünün keçirilməsinin gözlənildiyini açıqlayıb.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri