May
2017
10:22
174
98
13771
Virtual karabakh

Leyla Əliyeva “Instagram”da canlı yayım etdi – FOTO

4 May, 2017
10:22
13771

Leyla Əliyeva “Instagram”da canlı yayım etdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR təşkilatının sədri Leyla Əliyeva “Instagram”da Moskvadakı xeyriyyə sərgisindən canlı yayım edib.

Oxu.Az-ın BAKU.WS-ə istinadla məlumatına görə, Leyla Əliyeva canlı yayım etdiyi sərgi Rusiya Rəssamlıq Akademiyası, Moskva Müasir İncəsənət Muzeyi ilə birgə IDEA Fondu tərəfindən hazırlanıb və Rusiyada elan olunan ekologiya ilinə həsr olunub. Layihənin məqsədi ətraf mühitin problemlərinə diqqət cəlb etməkdir.

Ekspozisiyanın əsasını IDEA Fondunun yaradıcısı Leyla Əliyevanın əsərləri təşkil edir. Leyla Əliyeva buna qədər rəsm əsərlərini Paris, Berlin və Londonda nümayiş etdirib.

Sərgidə həmçinin Azərbaycanın və Rusiyanın daha 9 rəssamının əsərləri nümayiş etdirilir. Ətraf mühit məsələlərinə biganə yanaşa bilməmələri azərbaycanlı və rusiyalı rəssamları birləşdirib.

“Live Life” adlı sərgini IDEA Fondu xeyriyyə məqsədilə həyata keçirir. Rəsm satışından toplanan vəsait Zaqafqaziyanın ən böyük çayı olan Kür çayının ekosisteminin bərpası, həmçinin orada nərə balığının populyasiyasının bərpası üzrə sərf olunacaq.

Sərgi bu il mayın 24-dək davam edəcək. Bu dövr ərzində arzu edənlərin hamısı sərgiyə baş çəkə və bəyəndiyi rəsm əsərini ala bilər.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri