19 
May
2017
12:59
97
34
8735
Virtual karabakh

Azərbaycanda bu ərazidə işləyənlər daha çox qazanacaqlar

19 May, 2017
12:59
8735

Azərbaycanda bu ərazidə işləyənlər daha çox qazanacaqlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” qərarında dəyişikliklər edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, dəyişikliyə əsasən, Goranboy rayonunun Yuxarı Ağcakənd kəndi dəniz səviyyəsindən hündürlüyü 1500 metrdən 2000 metrədək olan yaşayış məntəqələrinin siyahısına daxil edilib.

Goranboy rayonunun Erkeç, Mənəşli və Todan kəndləri, Quba rayonunun Afruca, Atuc, Güləzi, Dalaqo, Ruçuq, Ördüc və Xırt kəndləri, Göygöl rayonunun Quşçu kəndi, o cümlədən Yardımlı şəhər ərazisinin Daşkənd hissəsi dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısına salınıb. 

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri