İyl
2017
14:05
398
13
2761
Virtual karabakh

Əcnəbi tələbələr Zəhranı qətlə yetirənlərin mühakimə olunmasını tələb edirlər

7 İyl, 2017
14:05
2761

Əcnəbi tələbələr Zəhranı qətlə yetirənlərin mühakimə olunmasını tələb edirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda təhsil alan bir qrup əcnəbi tələbə Füzuli rayonunun Alxanlı kəndində mülki əhaliyə qarşı törədilən təxribatla bağlı dünya ictimaiyyətinə müraciət ünvanlayıb.

Oxu.Az-ın məlumatına görə, müraciətdə Zəhranı qətl edənlərin tezliklə mühakimə olunması tələb edilir:

“Biz - Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan bir qrup əcnəbi tələbə, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutması nəticəsində Sahibə Quliyeva və nəvəsi 2 yaşlı Zəhra Quliyevanın həyatını itirməsi və Sərvinaz Quliyevanın yaralanması ilə nəticələnən hadisədən çox sarsıldıq. Xüsusən 2 yaşlı Zəhra Quliyevanın qətlə yetirilməsi insanlığın faciəvi dramıdır. Bu hadisə bizə 3 ay bundan öncə Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfərimiz zamanı vaxtilə orada dağılmış evləri, həyət-bacaya səpələnmiş uşaq oyuncaqlarını görərkən keçirdiyimiz hissləri bir daha yaşatdı. 

Eyni zamanda, kəndin yenidən bərpa olunaraq mülki əhalinin yaşaması üçün hər cür şəraitin yaradılması bizdə sülhə, dinc birgəyaşayışa inam hissi yaratmışdı. Bu inam Cocuq Mərcanlıda bünövrəsi qoyulan yaşayış evləri, məktəb binası ilə tanış olarkən daha da möhkəmlənmişdi.
Ancaq təəssüf edirik ki, dünyanın ən möhtəşəm himni olan körpə qığıltısını Alxanlı kəndində atəş saçan silahların səsi susdurdu, dünyanın ən böyük sevincini bizə bəxş edən məsum uşaq təbəssümünü insanı sarsıdan tablo əvəz etdi. 2 yaşlı Zəhranın ürək ağrıdan bu tablosu yaddaşımızdan heç zaman silinməyəcək. 

Biz Zəhranı qətl edənlərin tezliklə mühakimə olunmasını istəyirik”. 

İmza: 

Azərbaycan Dövlət İqtisad universitetinin tələbələri Dettmann Tim Ferdinand (Almaniya),
Cahanger S.M. Rashed (Banqladeş), Fayehun Tomiva Samuel (Nigeriya), Ebrima Gomez (Qambiya), Şmidt Janna Alibekovna (Qırğızstan), Tinodaşe Şoho Garreth (Zimbabve).

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Hakimova Parvina Hakimcan (Tacikistan) və Akar Sinan Can Mehmet (Türkiyə), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri Maks Elmar Ali-zadə (Böyük Britaniya), Ying Ding Çin, Guoqing Zhang (Çin), İbrahim Halil Yentur Ahmet (Türkiyə), Elina Mourantova (Yunanıstan).

Azərbaycan Memarlıq və İnşaat universitetinin tələbələri Kanu Abass Bomboli Syerra Leone (Belorus), Tatyana İvanovna (Ukrayna).

Azərbaycan Texniki Universitetinin tələbələri Bhatti Muhammad N. (Pakistan), K.M Mamun (Banqladeş). 

Bakı Dövlət Universitetinin tələbələri Mahmud Athar Azhar (Pakistan), Stiniguta-Laslo Ella Petruta (Rumıniya).

Z.Q.
www.oxu.az
 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri