14 
İyl
2017
11:39
58
18
3251
Virtual karabakh

Kənd təsərrüfatı kooperasiyasının inkişafına dair Dövlət Proqramı təsdiq edildi

14 İyl, 2017
11:39
3251

Kənd təsərrüfatı kooperasiyasının inkişafına dair Dövlət Proqramı təsdiq edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az-ın məlumatına görə, sərəncamda deyilir:

Kənd Təsərrüfatı Nazirliyinə nazirliyin aparatında müəyyən olunmuş işçilərin say həddi daxilində kənd təsərrüfatı kooperasiyasının inkişafı məsələləri ilə məşğul olan struktur bölmənin yaradılmasını təmin etmək;

Kənd təsərrüfatı kooperativlərinin fəaliyyəti sahəsində uğurlu nəticələr əldə etmiş ölkələrin təcrübəsini nəzərə almaqla, sistemli və kompleks tədbirlər həyata keçirmək;

Kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının nümunəvi nizamnamələrinin hazırlanmasını təmin etmək;

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək və Dövlət Proqramının icrasının gedişi barədə ildə iki dəfə Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.

Prezident Administrasiyası Dövlət Proqramının icrasına ümumi nəzarəti həyata keçirməli, Nazirlər Kabineti isə sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri