14 
İyl
2017
12:18
111
44
3943
Virtual karabakh

Şotlandiyalı poçtalyon inək formalı avtomobillə Azərbaycandan keçəcək - FOTO

14 İyl, 2017
12:18
3943

Şotlandiyalı poçtalyon inək formalı avtomobillə Azərbaycandan keçəcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şotlandiyadan olan poçtalyon Monqolustana səfər etməyə hazırlaşır və bu məqsədlə “Ford Fiesta” markalı avtomobilini Haylend inəyi formasına salıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Qrem Donohi 40 yaşı münasibətilə 4 həftəlik səyahətə çıxmağı düşünür.

Marşrut boyu o, 17 ölkədən, o cümlədən Rusiya, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstandan keçmək və səfərini Monqolustanın paytaxtı Ulan-Batorda başa vurmaq niyyətindədir.

Poçtalyon avtomobilinin belə xarici görünüşünün sərhədçilərdə təbəssüm yaradacağını və gömrük nəzarətindən keçidini asanlaşdıracağını hesab edir.

Q.Donohi səyahət üçün hazırlığın heç də asan olmadığını qeyd edib. Xüsusən bütün zəruri vizaları almaq və lazımi peyvəndləri vurdurmaq çətin olub.

Qeyd edək ki, Q.Donohinin həyat yoldaşı demensiya xəstəliyindən əziyyət çəkir və səfərin məqsədi də bu cür xəstələrin müalicəsi üçün pul toplamaqdır.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri