14 
İyl
2017
13:39
24
110
2027
Virtual karabakh

Rusiya XİN: Vaşinqtona cavab verməyə hazırıq

14 İyl, 2017
13:39
2027

Rusiya XİN: Vaşinqtona cavab verməyə hazırıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Moskva Vaşinqtona diplomatik əmlakın və diplomatların ölkədən çıxarılması məsələsi ilə bağlı cavab verməyə hazırdır”.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz heç vaxt bu barədə tələsmirik. Çox uzun fasilə götürülmüşdü. Lakin məsələ uzandı. Əgər amerikalı tərəfdaşlarımız başqa cür başa düşmürlərsə, hansısa məqamda məhz bu istiqamətdə fəaliyyətə başlayacağıq. Rusiya ABŞ səfirliyinin əməkdaşlarının sayını azaltmağa hazırdır. Əgər bu məsələdə hərəkət olmasa, biz doğrudan da cavab tədbirləri görəcəyik. Bu barədə dəfələrlə xəbərdarlıq etmişik”, - deyə Rusiya XİN sözçüsü qeyd edib.

Н.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri