17 
İyl
2017
15:02
13
125
1192
Virtual karabakh

Prezident köməkçisi Bakı-Moskva əməkdaşlığından danışdı

17 İyl, 2017
15:02
1192

Prezident köməkçisi Bakı-Moskva əməkdaşlığından danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan öz xarici siyasətində Rusiyanın maraqlarını nəzərə alır, Bakının planına Moskva ilə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi daxildir”.

Oxu.Az-ın Reporta-a istinadən məlumatına görə, bu barədə RİA “Novosti”yə müsahibəsində Azərbaycan prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov bildirib.

“Azərbaycan öz xarici siyasətində, Rusiya da daxil olmaqla, öz strateji tərəfdaşlarının maraqlarını nəzərə alır. Rusiya ilə əlaqəmiz yüzilliklərlə davam edir. Bu ölkə ilə yüksək əməkdaşlığımız var. Planlarımıza Rusiya ilə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi daxildir”, - N.Məmmədov bildirib.

O həmçinin qeyd edib ki, Rusiyanın Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv olunması və Rusiya Xarici İşlər Nazirliyinin Bakı barəsində bir sıra sərt bəyanatları Azərbaycan paytaxtında anlaşılmazlıqla qarşılanıb.

Xatırladaq ki, Rusiya Ali Məhkəməsi bu ilin may ayında Rusiya Ədliyyə Nazirliyinin təkidi ilə Ümumrusiya Azərbaycanlıları Konqresini ləğv edib. Ədliyyə Nazirliyinin iddia ərizəsində göstərilir ki, təşkilatın yoxlanılması zamanı bir sıra ciddi pozuntular aşkar olunub. 

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri