20 
İyl
2017
11:41
218
107
2589
Virtual karabakh

Azərbaycan prezidenti jurnalistlər üçün üçüncü binanın təməlini qoyub - FOTO

Bu gün Azərbaycan  jurnalistləri üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda üçüncü binanın təməli qoyulub.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev binanın təməlqoyma mərasimində iştirak edib.

Qeyd edək ki, iyulun 19-da Azərbaycan prezidenti İlham Əliyev kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Azərbaycanın kütləvi informasiya vasitələri əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat ayrılıb.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri