Sen
2017
12:38
11
62
978
Virtual karabakh

ATƏT PA-nın növbəti sessiyalarında Dağlıq Qarabağla bağlı müzakirələr olacaq

8 Sen, 2017
12:38
978

ATƏT PA-nın növbəti sessiyalarında Dağlıq Qarabağla bağlı müzakirələr olacaq

ATƏT Parlament Assambleyasının növbəti sessiyalarında Dağlıq Qarabağla bağlı müzakirələr olacaq.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan ATƏT PA sədri Kristina Muttonen deyib.

O qeyd edib ki, PA sessiyalarında üzv ölkələrin nümayəndələri öz ölkələrinin problemlərini qaldırırlar, o cümlədən Azərbaycan nümayəndə heyətinin qaldırdığı bu məsələ də müzakirə olunacaq: “Parlament Assambleyası bir platformadır. Münaqişələr, problemlər, xüsusilə ATƏT məkanında olan münaqişələr bu platformada müzakirə olunur. ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi var və ATƏT bu nümayəndə vasitəsilə problemi diqqətdə saxlayır. Bu məsələ danışıqlardan, debatlardan keçir. Problemin həlli ölkələr arasında kommunikasiyanın, münasibətlərin normallaşmasına gətirib çıxarar ki, bu da müsbət haldır”.

Kristina Muttonen cəbhə xəttinə səfər edib-etməyəcəyi barədə suala cavabında qeyd edib, bu dəfə cəbhə bölgəsinə səfəri gözlənilməsə də, növbəti səfərlərdə bu, ola bilər.

Qeyd edək ki, dünən Azərbaycana səfəri başlayan ATƏT PA sədri Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət edib.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri