11 
Sen
2017
20:15
357
79
6275
Virtual karabakh

Zakir Həsənov İsraildə danışıqlarda – FOTO

11 Sen, 2017
20:15
6275

Zakir Həsənov İsraildə danışıqlarda – FOTO

Sentyabrın 11-də Tel-Əviv şəhərində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrailin Müdafiə naziri cənab Aviqdor Liberman arasında görüş keçirilib.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Protokola uyğun olaraq İsrail Müdafiə Nazirliyində Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi keçirilib.

Müdafiə nazirləri Fəxri Qarovulun önündən keçdikdən və Dövlət himnləri səsləndirildikdən sonra nazirlərin təkbətək görüşü baş tutub.

Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə tərəflər regional təhlükəsizlik, ölkələrimiz arasında hərbi, hərbi-texniki və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri