11 
Sen
2017
20:40
269
56
6367
Virtual karabakh

İsrail XİN: İlham Əliyevin qərarını alqışlayırıq

11 Sen, 2017
20:40
6367

İsrail XİN: İlham Əliyevin qərarını alqışlayırıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail XİN Azərbaycan hökumətinin blogger Aleksandr Lapşinin əfv edilməsi barədə qərarını alqışlayır.

Oxu.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə qurumun mətbuat katibi Emmanuel Nahşon deyib.

Onun sözlərinə görə, İsrail XİN Lapşinin tezliklə ölkəyə gəlişini təmin edəcək.

“Xarici İşlər Nazirliyi Azərbaycan prezidentinin qərarını alqışlayır... Biz Lapşini tezliklə İsraildə görməyimizə şad olacağıq”, - Nahşonun bəyanatında bildirilir.

XİN rəsmisi həmçinin israilli diplomatların bloggerə həbsdə olduğu müddət ərzində dəstək vermələrini xatırladıb.  

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri