13 
Sen
2017
14:00
134
22
2328
Virtual karabakh

Günel Səfərova: ATƏT qanunsuz seçkilərin və saxta müşahidəçiliyin qarşısını almalıdır - VİDEO

13 Sen, 2017
14:00
2328

Günel Səfərova: ATƏT qanunsuz seçkilərin və saxta müşahidəçiliyin qarşısını almalıdır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Zirvə Toplantısı öz işini davam etdirir.

Oxu.Az-ın məlumatına görə, tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər.

Sentyabrın 12-də “Demokratik institutlar, demokratiya və seçkilər” mövzusunda keçirilən müzakirələrə qatılan "Gənc Vətəndaş" Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova Azərbaycanda keçirilən seçkilərdən danışıb.

Hansısa bir ölkənin seçkilərdə hər hansı nöqsandan sığortalanmadığını deyən Günel Səfərova Azərbaycanda da indiyədək keçirilən seçkilərdə müəyyən nöqsanlar olduğunu vurğulayıb. G.Səfərova son parlament seçkilərində müxalifətdən namizəd olduğunu deyərək Azərbaycanda seçkilərin ümumilikdə qaydalara uyğun keçirildiyini qeyd edib: "Azərbaycanda parlament seçkilərinə hazırlıq və səsvermə prosesi peşəkarlıqla, texniki baxımdan yaxşı təşkil olunur. Seçkilər ölkənin Seçki Məcəlləsinə uyğun keçirilir.

Azərbaycanda qadınların seçkilərdə fəal iştirakı təqdirəlayiqdir".

Günel Səfərova ATƏT-in Azərbaycana müşahidə missiyası göndərməməsinə əsasın olmadığını bildirib: "Hər gün insan hüquqlarının pozulduğu onlarla ölkə var. Azərbaycan isə demokratik ölkədir. Buna görə də belə münasibət bir daha ikili standartlardan xəbər verir".

"Gənc Vətəndaş" İctimai Birliyinin icraçı direktoru insan hüquqlarını qorumağı özünə vəzifə bilən beynəlxalq qurumları müharibə qurbanları olan yüz minlərlə qaçqının taleyinə biganəlikdə günahlandırıb: "Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin keçirdiyi fake seçkilər beynəlxalq aləmdə tanınmır. Qeyri-qanuni və saxta seçkilər Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır. Qondarma seçkilərə müşahidəçi adı altında bəzi Avropa siyasətçiləri cəlb olunur, bu xüsusda məqsədyönlü siyasət aparılır ki, qanunsuz seçkilərə legitimlik donu geyindirilsin. Bu cür davranış ATƏT-in təməlini təşkil edən Helsinki Yekun Aktına köklü ziddir. ATƏT bu kimi halları nəzərə almalı va qanunsuz seçkilərin və saxta müşahidəçiliyin qarşısını almalıdır".

Günel Səfərova bir məsələni də xüsusi qeyd edib ki, bu tipli toplantılarda konfliktli regionlar haqqında danışmağı bir ölkə qadağan edə bilməz.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri