15 
Sen
2017
16:30
29
145
1010
yuxarı
Dövlət katibi: Fransa Qarabağ münaqişəsinin həll olunması istiqamətində çalışır
15 Sen, 2017
16:30
1010
29
145
Dövlət katibi: Fransa Qarabağ münaqişəsinin həll olunması istiqamətində çalışır
"Azərbaycan prezidenti ilə görüşdə də bildirdim ki, Fransa həmsədr kimi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə sadiqdir".
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri Fransa Respublikasının Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömua deyib.
Onun sözlərinə görə, Fransa əlindən gələni edir ki, öz vasitəçilik missiyasını icra etsin: "Mən fransalı həmsədr Viskoni ilə də daim təmasdayam. Həmsədrlər öz işlərini lazımınca yerinə yetirirlər. Hazırda proses davam edir. Bu yaxınlarda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində nazirlər səviyyəsində görüşün keçirilməsi nəzərdə tutulub. Ola bilsin ki, gələcəkdə daha yüksək səviyyədə görüş baş tutsun. Fransa bu prosesə daim diqqət və həssaslıqla yanaşır".
N.О.