Okt
2017
14:33
8
48
1210
Virtual karabakh

MDB XİN başçıları Şurasının Soçidə keçiriləcək iclasının gündəliyi məlum olub

9 Okt, 2017
14:33
1210

MDB XİN başçıları Şurasının Soçidə keçiriləcək iclasının gündəliyi məlum olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 10-da Rusiyanın Soçi şəhərində keçiriləcək MDB ölkələri xarici işlər nazirləri Şurasının iclasının gündəliyi məlum olub.

Oxu.Az-ın APA-nın Moskva müxbirinə istinadən verdiyi məlumata görə, Nazirlər Şurasının iclasında MDB çərçivəsində əməkdaşlığa dair 18 məsələyə baxılacaq. XİN başçıları MDB məkanında gələcəkdə çoxplanlı əməkdaşlığın genişləndirilməsi tədbirlərini müzakirə edəcəklər, aktual beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparacaqlar.

İclasın yekununda razılaşdırılmış layihələrin sənədləri baxılması üçün oktyabrın 11-də Soçidə keçiriləcək MDB Dövlət Başçıları Şurasına və noyabrın 3-də Daşkənddə keçiriləcək MDB ölkələri Baş Nazirləri Şurasına təqdim olunacaq. 

Tədbirdə "Korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq Konsepsiyası”, "Terrorçuluqla mübarizə və ekstremizmin digər təzahürləri, eləcə də, onların maliyyələşdirilməsi sahəsində informasiya mübadiləsi haqqında Saziş" layihələri haqqında qərar qəbul edəcəklər. 

Hərbi sahədə əməkdaşlıq, xüsusən də MDB ölkələri birləşmiş hava hücumundan müdafiə sisteminin uyğunlaşması layihəsinin əsas istiqamətləri layihəsi məsələsi də gündəliyə çıxarılacaq.

O cümlədən humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsinə istiqamətlənən bir sıra sənədlərin razılaşdırılması iclasda müzakirə olunacaq. Bu sənədlərə "2019-cu ilin MDB-də "Kitab İli", 2020-ci ilin "1941-45-ci il Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi ili" elan olunması və digərləri daxildir. 

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri