12 
Okt
2017
08:55
20
68
1039
Virtual karabakh

Helsinki Komissiyası Dağlıq Qarabağla bağlı brifinq keçirəcək

Helsinki Komissiyası oktyabrın 18-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı brifinq keçirəcək.

Oxu.Az Report-a istinadla xəbər verir ki, bu barədə komissiyanın saytında məlumat verilib.

“ABŞ və ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllində rolu” adlı brifinqin işində ABŞ-ın Minsk qrupundakı iki sabiq həmsədri - Kevin Kavanauq və Ceyms Uorlik iştirak edəcək. Tədbirə münaqişənin mövcud vəziyyətinə, Minsk qrupu formatına və davamlı sülhə nail olunmasına dair perspektivləri qiymətləndirəcək müstəqil ekspertlər də cəlb olunacaq.

A.S.
www.oxu.az

 

Digər Siyasət xəbərləri