12 
Okt
2017
20:45
22
163
1393
Virtual karabakh

Hikmət Hacıyev AŞPA-da antiazərbaycan siyasəti yürüdən qruplardan yazdı

Avropa Şurası Parlament Assambleyasında üçüncü tərəflərin, o cümlədən Ermənistan və erməni lobbisinin təsiri və manipulyasiyası əsasında açıq antiazərbaycan siyasət yürüdən bəlli qruplar Azərbaycanı uğurlu inkişaf yolundan döndərmək kimi çirkin niyyətlərinə heç zaman nail ola bilməyəcəklər.

Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev öz “Twitter” hesabında yazıb.

H.Hacıyev qeyd edib ki, Azərbaycan suveren, demokratik və özünü təmin edən dövlət olaraq vətəndaşlarının mənafeyi və maraqları naminə müstəqil daxili və xarici siyasətini davam etdirəcək.

S.B.
www.oxu.az

Digər Siyasət xəbərləri