13 
Okt
2017
14:19
316
75
2045
Virtual karabakh

Bolqarıstan prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

13 Okt, 2017
14:19
2045

Bolqarıstan prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan prezidenti Rumen Radev və xanımı Desislava Radeva oktyabrın 13-də Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.

Oxu.Az-ın məlumatına görə, Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.

Prezident və xanımı akademik Zərifə Əliyevanın da məzarını ziyarət edib, məzarı üzərinə gül dəstələri düzüblər.

Rumen Radev və xanımı Desislava Radeva daha sonra Şəhidlər xiyabanını ziyarət ediblər.

Bolqarıstan prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səslənib.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri