14 
Noy
2017
16:04
284
102
20551
Virtual karabakh

Birinci vitse-prezidentin yeni köməkçisi kimdir?

Xəbər verdiyimiz ki, bu gün Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın yeni köməkçisi təyin edilib. Bu vəzifəni  Gündüz Kərimov icra edəcək.

Gündüz Kərimov kimdir?

Oxu.Az xəbər verir ki, Gündüz Hacı oğlu Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub.

O, "Baker McKenzie" və onun Bakı ofisinin idarəedici tərəfdaşı olub. Birləşmiş Ərəb Əmirliklərində Fikri Mülkiyyət Təcrübə Qrupunun rəhbəri vəzifəsində çalışıb.

2000-ci ildən etibarən Bakı Dövlət Universitetində kommersiya hüququ və beynəlxalq intellektual mülkiyyət kurslarını tədris edib.

G. Kərimov 2011-2014-cü illərdə BDU-nun hüquq fakültəsinin dekan müavini vəzifəsini icra edib.

O, Beynəlxalq Ticarət Palatasının, Mübahisələrin həlli, Əqli Mülkiyyət və Səhiyyə təcrübəsi qruplarının üzvü, eləcə də, Parisdə Beynəlxalq Arbitraj Məhkəməsində Azərbaycanın rəsmi nümayəndəsidir. 

Gündüz Kərimov hazırda Bakı Dövlət Universitetinin Mülki Prosessual və Ticarət Hüquqları şöbəsində dosentdir.

Evlidir, iki övladı var.

N.O.

www.oxu.az

Digər Siyasət xəbərləri