17 
Noy
2017
12:47
309
30
7891
Virtual karabakh

Oqtay Əsədov: Rasim Balayevin xəstəliyi məsələsi diqqətdə saxlanılacaq

17 Noy, 2017
12:47
7891

Oqtay Əsədov: Rasim Balayevin xəstəliyi məsələsi diqqətdə saxlanılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mədəniyyətimizə töhfə verən Rasim Balayev haqqında danışmaq istəyirəm. O, elə bir sənətkardır ki, Babəki, Nəsimini filmlərdə canlandırıb. O, dərman almağa pul tapmır. Üzümü tuturam Səhiyyə Nazirliyinə, Mədəniyyət Nazirliyinə, ona niyə kömək etmirlər?!”

Oxu.Az-ın Report-a istinadən xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, xalq artisti Zeynəb Xanlarova deyib.

O, aktyora kömək olunmasını xahiş edib: “Xahiş edirəm, ona kömək etsinlər. Onun aldığı pulun miqdarı nə qədərdir ki?! Pulu çatmır dərmanların hamısını almağa...”

MM sədri Oqtay Əsədov isə deyib ki, bu məsələ diqqətdə saxlanılacaq.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri