20 
Noy
2017
09:30
13
159
1328
Virtual karabakh

Lavrov Bakıda Qarabağ münaqişəsini müzakirə edəcək

20 Noy, 2017
09:30
1328

Lavrov Bakıda Qarabağ münaqişəsini müzakirə edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlar aparacaq.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Görüşdə ikitərəfli əlaqələr və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri diqqət mərkəzində olacaq. 

"Regional və beynəlxalq problemlər haqqında danışacağıq. Həmçinin Ermənistan və Azərbaycan prezidentlərinin bu yaxınlardakı (16 oktyabrda, Cenevrədə - red) görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylər çərçivəsində hansı səviyyəyə çatdığımızı müəyyənləşdirməyə çalışacağıq", - deyə daha əvvəl Sergey Lavrov məlumat verib.

Görüşdən sonra hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransının keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, Rusiya XİN rəhbəri Sergey Lavrov dünən rəsmi səfərlə Azərbaycana gəlib.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri