20 
Noy
2017
12:23
4
152
1925
Virtual karabakh

Lavrov ABŞ-Rusiya münasibətlərinin Qarabağ məsələsinə təsirindən danışdı

20 Noy, 2017
12:23
1925

Lavrov ABŞ-Rusiya münasibətlərinin Qarabağ məsələsinə təsirindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“ABŞ-la Rusiya arasında münasibətlərin bəzi sahələrdə dalana dirənməsinə baxmayaraq, bu münasibətlər Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində əməkdaşlığa təsir etmir”.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ADA Universitetində tələbələr və müəllim heyəti ilə görüşü zamanı deyib.

O qeyd edib ki, Rusiya ABŞ və Fransa ilə ümumi mövqeyə malikdir: “Həmsədrlər, səfirlər nazirlərlə görüşürlər, mütəmadi regiona səfər edirlər. Mən ümid edirəm ki, prezidentlər arasında keçən ay keçirilən görüş münaqişənin həlli istiqamətində irəli addım atmağa kömək edəcək”.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri