21 
Noy
2017
11:29
9
183
1614
Virtual karabakh

Lavrov və Nalbandyan Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər

21 Noy, 2017
11:29
1614

Lavrov və Nalbandyan Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevanda Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanla danışıqlar aparıb.

Oxu.Az bu barədə TASS-a istinadla xəbər verir.

Məlumata əsasən, görüş mətbuata qapalı formatda keçirilib.

Danışıqların gündəliyinə ikitərəfli əməkdaşlıq, Avrasiya İqtisadi Birliyi, KTMT və MDB xətti ilə xarici siyasət üzrə qarşılıqlı münasibətlər, BMT, ATƏT, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) çərçivəsində mövqelərin koordinasiyası məsələləri daxil edilib.

XİN rəhbərləri regionda təhlükəsizlik, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri