22 
Noy
2017
11:20
114
61
1707
Virtual karabakh

İlham Əliyev Poroşenko ilə görüşəcək

22 Noy, 2017
11:20
1707

İlham Əliyev Poroşenko ilə görüşəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna prezidenti Pyotr Poroşenko Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının Brüsseldə keçiriləcək zirvə toplantısında görüşəcəklər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “İnterfax-Azərbaycan”a diplomatik mənbələrdən məlumat verilib.

“Dövlət başçıları Azərbaycan və Ukrayna arasında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər”, -  mənbə deyib.

Bundan əlavə, prezidentlər İlham Əliyevin Ukraynaya gözlənilən səfərinin vaxtı və gündəliyi ətrafında fikir mübadiləsi aparacaqlar.

“Şərq tərəfdaşlığı” sammiti noyabrın 24-də keçiriləcək.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri