22 
Noy
2017
12:35
471
14
7707
Virtual karabakh

Milli Məclisin deputatı qiymət artımına etiraz etdi

22 Noy, 2017
12:35
7707

Milli Məclisin deputatı qiymət artımına etiraz etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda qiymət qalxdısa, enməsi problemdir”.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci ilin büdcə müzakirəsi zamanı çıxış edən deputat Yevda Abramov deyib.

Deputat bildirib ki, dünya bazarında neftin qiymətinin artıb-azalması Azərbaycanda qiymətlərə təsir etmir. “Təəssüflər olsun ki, neftin qiyməti aşağı səviyyədə olanda qiymətlər artır, amma neftin qiyməti artanda qiymətlər enmir. Bizdə qiymət qalxdısa, enməsi problemdir”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri