22 
Noy
2017
18:47
237
47
2460
Virtual karabakh

Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli sammiti başlayıb - YENİLƏNİB

22 Noy, 2017
18:47
2460

Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli sammiti başlayıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb.
 
Oxu.Az APA-ya istinadən xəbər verir ki, görüş Suriya probleminə həsr olunub.
 
Russiyanın prezidenti Vladimir Putin Suriyada terrorçularla mübarizədə Rusiya, Türkiyə və İran hərbi qüvvələrinin rolunu xüsusi vurğulayıb. O qeyd edib ki, aparılan geniş hərbi əməliyyatlar sayəsində Suriyanın tənəzzülünün qarşısını almaq mümkün olub.
 
Putin həmçinin Suriya münaqişəsinin nizamlanması ilə bağlı Astanada aparılan danışıqlara toxunub. O, İran və Türkiyə liderlərinin xüsusi rolunu vurğulayaraq bildirib ki, onlarsız Suriyada siyasi nizamlanma mümkün olmazdı.
 
Suriyanın bundan sonrakı müqəddəratını təyin edilməsi prosesinin çətin keçəcəyini bildirən Putin bu prosesdə İran və Türkiyənin bu ölkəyə dəstək verəcəyinə ümidvar olduğunu deyib.

17:12

Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin Suriya məsələsinə dair üçtərəfli sammiti başlayıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, toplantıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani iştirak edir.

Dövlət başçıları Suriya böhranını və vəziyyətdən çıxış yollarını müzakirə edəcəklər. 

Qeyd edək ki, bu görüşdən bir gün əvvəl, noyabrın 21-də Rusiya prezdenti Vladimir Putin Soçidə BMT-nin tanıdığı Suriya rəhbəri Bəşşar Əsədlə görüşüb.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri