23 
Noy
2017
09:00
22
196
4021
Virtual karabakh

Rəsmi Kiyev Saakaşvilini ölkədən xaric edəcək – VİDEO

23 Noy, 2017
09:00
4021

Rəsmi Kiyev Saakaşvilini ölkədən xaric edəcək – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın hakimiyyət orqanları Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşavilini yaxın bir həftə ərzində ölkədən xaric edəcək.

Oxu.Az-ın "Report"a istinadla xəbərinə görə, bu barədə məlumatı Ukrayna KİV-i güc strukturlarındakı mənbələrə istinadən yayıb.

Bildirilir ki, M.Saakaşvilinin deportasiyasına dair hazırlıqlar xüsusi əməliyyat formatında keçirilir. "Gürcüstanlıların bir neç gün əvvəl müşahidə etdiyimiz xaric edilməsi bu hazırlığın bir elementidir. Lakin əsas fərq odur ki, M. Saakaşvili Gürcüstana yox, 3-ü ölkəyə xaric ediləcək", - deyə mənbə bildirib.

Bir müddət əvvəl Ukrayna Ali İnzibati Məhkəməsi M. Saakaşvilinin prezident Petro Poroşenkonun istefaya göndərilməsinə dair iddiasını təmin etməyib.

A.S.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri