23 
Noy
2017
10:34
172
42
3633
Virtual karabakh

Fransa XİN: Biz "Dağlıq Qarabağ"ı tanımırıq

23 Noy, 2017
10:34
3633

Fransa XİN: Biz "Dağlıq Qarabağ"ı tanımırıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Fransa "Dağlıq Qarabağ"ı tanımır".

Oxu.Az-ın məlumatına görə, bunu Report-un sorğusuna cavab olaraq Fransanın Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər. 

Fransa XİN-dən bu ölkənin Azərbaycandakı səfirliyi vasitəsilə Report-un sorğusuna verilən cavabda qeyd edilib ki, hökumət Alforvil bələdiyyəsi tərəfindən imzalanan "xartiya"ya riayət etməyə məcbur deyil.  

Qeyd edək ki, bir neçə gün əvvəl Fransanın Alfortvil kommunası ilə Ermənistanın işğalı altında olan Azərbaycanın Laçın rayonu arasında "dostluq xartiyası" imzalanıb. Tədbirdə Alfortvil meri Mişel Gerşinovitz, Ara Torayan, deputatlar, bələdiyyə üzvləri, Ermənistanın Parisdəki səfiri, Dağlıq Qarabağ separatçılarının Fransadakı "daimi nümayəndəsi" Hovanes Gevorkyan və Laçının "meri" Artyom Sarıbekyan iştirak edib. 

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri