23 
Noy
2017
15:33
176
159
3538
Virtual karabakh

Ağacan Abiyev “Şərəf” ordeni ilə təltif edildi

23 Noy, 2017
15:33
3538

Ağacan Abiyev “Şərəf” ordeni ilə təltif edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Ağacan Abiyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az  xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ağacan Qulam oğlu Abiyev “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, sabah, noyabrın 24-də A.Abiyevin 80 yaşı tamam olur.

Xatırladaq ki, A.Abiyev Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, Milli Məclisin İntizam Komissiyasının sədridir. Eyni zamanda, beynəlxalq dərəcəli hakimdir. O, uşaq vaxtlarından boksla məşğul olub. 1957-ci ildən “Neftçi” İdman Cəmiyyətində məşqçi işləməyə başlayıb. Deputat iştirak etdiyi yarışlarda 6 dəfə Azərbaycan çempionu adını qazanıb və SSRİ-nin fəxri idman ustası dərəcəsinə qədər yüksəlib. Ağacan Abiyev Avropa Beynəlxalq Boks Federasiyasının vitse-prezidenti, Dünya Boks Federasiyası İcraiyyə komitəsinin üzvüdür.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri