23 
Noy
2017
15:52
68
34
2066
Virtual karabakh

Brayza İlham Əliyevin NATO mənzil-qərargahına səfərini şərh etdi

23 Noy, 2017
15:52
2066

Brayza İlham Əliyevin NATO mənzil-qərargahına səfərini şərh etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan prezidenti İlham Əliyevin NATO mənzil-qərargahına səfəri tərəflər arasında münasibətlərin daha bir mərhələsini əks etdirir.

Oxu.Az-ın məlumatına əsasən, bunu Trend-ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza deyib.

O qeyd edib ki, Azərbaycanın NATO Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfəsi ölkəyə Silahlı Qüvvələrin NATO standartlarına təkcə hərbi əməliyyatların keçirilməsi baxımından deyil, həm də silahlı qüvvələrin demokratik idarə olunması baxımından uyğunlaşmasına kömək edəcək: “Azərbaycanın 2002-ci ildən 2014-cü ilədək Əfqanıstanda ISAF missiyasında, eləcə də, Kosovoda NATO sülhməramlı qüvvələr missiyasında iştirakı hər iki tərəf arasındakı əməkdaşlığın vacib mərhələləridir”.

M.Brayzanın sözlərinə görə, Azərbaycan NATO ilə qarşılıqlı fəaliyyəti dərinləşdirməklə alyansla tərəfdaşlıqdan əlavə səmərə əldə edə bilər: “Azərbaycan terrorçuluqla mübarizədə və problemli bölgələrdə stabilliyin bərpasında NATO-nun vacib tərəfdaşıdır”.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri