Dek
2017
17:04
13
47
1408
Virtual karabakh

Azərbaycan XİN Qlobal rəqəmsal diplomatiya reytinqində

8 Dek, 2017
17:04
1408

Azərbaycan XİN Qlobal rəqəmsal diplomatiya reytinqində

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qlobal rəqəmsal diplomatiya reytinqində 190 ölkənin Xarici İşlər Nazirliklərinin sırasında Azərbaycan XİN-nin rəqəmsal diplomatiya fəaliyyəti 47-ci yerdə qərarlaşıb. 

Oxu.Az news.az-a istinadən xəbər verir ki, keçən il 73-cü yerdə olduğu halda, 2017-ci il ərzində Azərbaycan XİN 26 pillə irəliləyərək 47-ci yerə layiq görülüb. 

Hesabata əsasən, Norveç 56, Estoniya 57, Sinqapur 62, Gürcüstan 66, Çexiya 103-cü yerdə qərarlaşıb. 

Hesabatla http://digital.diplomacy.live/DDR17/ linki vasitəsilə tanış olmaq olar.

Rəqəmsal diplomatiya müasir diplomatik fəaliyyətin əsas istiqamətlərindən birinə çevrilib və bu mənada xüsusilə "Twitter" mühüm rol oynayır. Hətta T"witplomacy" adlanan yeni fəaliyyət növünün meydana çıxdığını deyənlər var. 

Qeyd etmək lazımdır ki, peşəkar diplomatik dairələrdə "Twitter"ə daha çox üstünlük verilir. 

İzləyicilərinin sayına görə Azərbaycan XİN-nin "Twitter" profili 37.400 nəfər izləyici ilə Cənubi Qafqaz regionunda liderdir. "Facebook", "Instagram" və digər sosial şəbəkə profilləri ilə müqayisədə Azərbaycanda "Twitter" geniş kütlə arasında bir o qədər məşhur deyil. Bu, onu deməyə əsas verir ki, XİN-nin "Twitter" izləyicilərinin çoxunu xarici auditoriya təşkil edir. Bu da ölkəmizin xarici siyasət fəaliyyətinə aid olan xəbərlərin beynəlxalq auditoriyaya çıxarılması baxımdan vacibdir. 

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri